Accessibility links

AŞ Konqresi prezidenti 18 mart referendumunun təxirinə çağırıb


Avropa Şurası Yerli və Regional İdarəetmə Konqresinin prezidenti Yan Mikallef Azərbaycanda martın 18-də keçiriləcək referendumun təxirə salınması barədə çağırışını bir daha təkrar edib. Konqres prezidenti deyib ki, Venesiya Komissiyası konstitusiya dəyişiklikləri barədə öz mövqeyini bildirərək xüsusilə 146-cı bəndə ediləcək dəyişikliklərdə yerli özünüidarə barədə narahatlıqlarını izhar edib. Komissiya konqresin martın 2-də sərgilədiyi mövqeni təsdiq edərək bunun Azərbaycanın 2002-ci ildə qəbul etdiyi Yerli Özünüidarə barədə Avropa Xartiyasına cavab vermədiyini bildirib. Yan Mikallef komissiyanın habelə digər əlavə və dəyişikliklərdən narahatlıq hissi keçirdiyini dilə gətirib. Konqres prezidenti Azərbaycan baş naziri Artur Rəsizadəyə ikinci məktubunda da 18 mart referendumunun təxirə salınmasına çağırıb. “Aydındır ki, əlavə və dəyişikliklər Komissiyanın mövqeyi nəzərə alınmadan təsdiq edilsə, Azərbaycan Avropa demokratiya standarlarına cavab verməyən konstitusiyası ilə çətin vəziyyətə düşəcək”-deyə Yan Mikallef narahatlığını izhar edib.
XS
SM
MD
LG