Accessibility links

ABŞ hərbçiləri: 'İraqda İrana məxsus pilotsuz təyyarə vurulub'


ABŞ hərbçiləri təsdiq ediblər ki, İranın pilotsuz təyyarəsi ötən ay İraq səmalarında vurulub. Hərbi sözçü bildirib ki, ABŞ qüvvələri dronu 1 saat 10 dəqiqə izlədikdən sonra Bağdaddan 100 kilometr şimalda onu vurublar. Sözçü əlavə edib ki, bu, iranlılar tərəfindən törədilən qəza olmyaıb. İnsident Wired.com saytında bu ayın əvvəli açıqlanmışdı, lakin o zaman ABŞ hərbçiləri buna şərh verməmişdilər. Keçmişdə Vaşinqton iraqı tez-tez iraqın daxili işlərinə qarışmaqda günahlandırıb. Yenicə hakimiyyətə gəlmiş Obama administrasiyası isə İrana qarşı tənqidi tonu azaldıb.
XS
SM
MD
LG