Accessibility links

Xatəmi İran prezidentliyinə namizədliyini geri götürür


İranın sabiq prezidenti Məhəmməd Xatəmiyə yaxın mənbə onun iyun ayında keçiriləcək prezident seçkilərində namizədliyini geri götürə biləcəyini açıqlayıb.

Xatəminin köməkçisi bu gün bir neçə qərb xəbər agentliklərinə sabiq prezidentin bu qərarını yaxınlarda elan edəcəyini bildirib.

Bu xəbərlər keçmiş prezidentin bazar günü tərəfdarları qarşısında çıxışından sonra yayılıb.

Xatəmi 1997-2005-ci illərdə İranda prezident olub.

XS
SM
MD
LG