Accessibility links

Biznesmen İrana hərbi ləvazimat göndərməkdə günahlandırılır


ABŞ Ədliyyə Departamenti bildirir ki, İranlı biznesmen qeyri-qanuni olaraq İrana areal kamerlar və helikopter mühərrikləri göndərdiyinə görə ittihamlarla üzləşir. Hüseyn Əli Xoşnevisrad Martın 14-də San Fransisko aeroportunda həbs edildikdən sonra Kaliforniyada federal məhkəmə qarşısına çıxıb. Ədliyyə Departamenti deyir ki, biznesmen ABŞ məhsullarının İrana qeyri-qanuni ixracında günahlandırılır. Əgər məhkum edilərsə onu 20 illik həbs cəzası gözləyir. ABŞ rəsmiləri iddia edir ki, 2007-ci ildə Xoşnevisrad İrlandiya şirkəti ilə sövdələşərək İran üçün nəzərdə tutulmuş 17 Rolls Roys helikopter mühərriki alıb.
XS
SM
MD
LG