Accessibility links

İnter-Amerika Mətbuat Assosiasiyasının hesabatı açıqlanıb


İnter-Amerika Mətbuat Assosiasiyasının bildidiyinə görə, son 6 ay ərzində Amerika yarımkürəsində medianın vəziyyəti ağırlaşıb. Bu, nəşriyyatların iqtisadi böhranı və bəzi hökumətlərin jurnalistlərə qarşı düşmənçiliyi ilə izah edilir. Assosiasiyanın bu həftə açıladığı hesabatında deyilir ki, narkotik maddə müharibəsi gedən Meksika jurnalistlər üçün dünyada ən təhlükəli ölkədir. 2008-ci ildə bu ölkədə jurnalistlər və onların iş yerlərinə qəddar hücumlar 4 jurnalistin ölümü ilə nəticələnib.

İnter-Amerika Mətbuat Assosiasiyası Venesuela prezidenti Uqo Çavesi mətbuatı təhqir etməkdə günahlandırıb. Media qrupunun bildirdiyinə görə, Boliviya, Ekvador, Nikaraqua və Honduras kimi ölkələrdə də eyni taktikadan istifadə edilir.

Assosiasiya Amerika Birləşmiş Ştatlarında mətbuat orqanlarının hökumət və cəmiyyətdəki tarixi nəzarət rolunu itirdiyini bəyan edib. Hesabatda Kuba prezidenti Raul Kastro da tənqid edilir. Sənəddə deyilir ki, o, qardaşı Fidel Kastronun söz azadlığına qarşı repressiylarını davam etdirir. Kubada 26 müstəqil jurnalist 28 ilədək azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG