Accessibility links

Yunus Ağayanın edamına qarşı kampaniya başlayıb


İrandakı mənbələrin məlumatına görə, 5 il əvvəl Azərbaycanın Miyandab-Qoşaçay şəhərində yerləşən “Üç Təpə” kəndində, İranın təhlükəsizlik qüvvələri ilə yerli sakinlər arasında baş vermiş silahlı toqquşmalar zamanı həbs olunaraq haqqında ölüm hokum çıxarılan Yunus Ağayanın hər an edam oluna biləcəyi gözlənilir. Bir sıra hüquq müdafiə təşkilatları Yunus Ağayanın edamına mane olmaq üçün imza kampaniyasına başlayıb. Qısa müddət öncə eyni işlə bağlı Mehdi Qasımzadənin dar ağacında asılaraq edam edilməsi ikinci haqda verilmiş oxşar qərarın icra oluna biləcəyi ilə bağlı narahatlıqların dərinləşməsinə səbəb olub. "Yunus Ağayanı Edam Etməyin!" adlı kampaniyaya qoşulan fərdlər və qrupların bildirdiyinə görə, İslamın "Əliallahi" təriqətinə inanan "Üç təpə" kəndinin sakinləri öz dini etiqadlarına görə basqılara məruz qalırlar. Həmin mənbələrin bildirildiyinə görə, bundan öncə edam olunan Mehdi Qasımzadə və hər an edamı gözlənillən Yunus Ağayan yalnız şəxsi etiqadlarına görə ölüm hökmü ilə qarşılaşıb. Qeyd edək ki, 5 il əvvəl "Üç Təpə" kəndində baş vermiş silahlı toqquşmalar zamanı bir polis zabiti qətlə yetirilmişdi. İşlə bağlı həbs olunan daha 3 kənd sakini isə 13 illik həbslərə məhkum edilib.
XS
SM
MD
LG