Accessibility links

ABŞ Mətbuatı: Depressiyanın kölgəsində


Qlobal iqtisadi böhran dərinləşdikcə bunun təsirləri Amerikalıların gündəlik həyatlarında hiss edilməkdədir. Federal Ehtiyatlar Bürosunun rəhbəri xalqı əmin edir ki, 2010-cu ildə iqtisadi dirçəliş başlanacaq. Lakin bir çoxları bu növ optimist bəyantlara skeptik yanaşır.

Washington Post-da Robert Samuelson işsizliyin 8.1 faizə qalxdığı və birjalarda 13 trilyon dolların itirldiyi bir məqamda Amerikalıların Böyük Depressiyanın kölgəsində yaşadığını yazır. “Belə bir narahatlıq hissi var ki, biz iqtisadi uçuruma doğru yuvarlanırıq və bundan çıxış çətin, bəlkə də qeyri-mümkün olacaq. Bu narahatlıqlar əsassız ola bilər. Lakin bu, sübuta yetirilənədək pezzimizm və pulların əmanət kimi saxlanması iqtisadiyyatı zəifləməkdə davam edəcək,” deyə iqtisadçı Samuelson bildirir.

Müəllif indiki çətinliklərlə 1930-cu illərin Depressiyası arasında bir çox paralellər müşahidə edir. Əlbəttə, 1933-cü ildə işsizlik 25 faiz olduğu halda, indi bu rəqəm qat-qat aşağıdır. Yaxud ümumdaxili məhsul 1929-cu ildə olduğu kimi 25 faiz yox, cəmi 2 faiz enib. Lakin ortada ciddi oxşarlıqlar da var. Hazırkı qlobal böhran bütün dünyanı əhatə edir. Kredit məhdudlaşdıqca banklar borcları kəskin azaldıblar. Qlobal investorlar maliyə bazarına pul yatırmaqdan çəkinir. İnsanlar xərcləmələrə son qoyduqca iqtisadi effektlər də 1930-cu illərin reallıqlarına bənzəməyə başlayır. Samuelsonun qənaətinə görə bütün mənfi inkişafların arxasında dərin qorxu və narahatlıq hissləri durur. Odur ki, Depressiyanın kölgəsi aradacan qalxmayınca iqtisadi tənəzzül davam edəcək.

New York Times-ın iqtisadçı yazarı Pol Kruqman Avropada vəziyyətin Amerikadan da acınacaqlı olduğunu yazır. Iqtisadiyyat üzrə Nobel mükafatı almış Kruqman Madriddəki təəssüratlarını bölüşürkən Avropa liderlərinin yürütdüyü iqtisadi siyasəti təhlil edir. Onun gəldiyi qənaət budur ki, Avropa liderləri üzləşilən iqtisadi böhrana lazımi səviyyədə cavab vermirlər. Pul siyasətinə gəldikdə ABŞ Federal Ehtiyatlar bürosundan fərliq olaraq Avropa Mərkəzi Bankı sələm faizlərini kəsməkdə lənglik nümayiş etdirir. Kredit bazarlarındakı donun açılması üçün əlahiddə tədbirlər görülmür. Hətta Obama administraiyasının açıqladığı stiml planının da kifayət qədər böyük həcmdə olmadığından gileylənən Kruqman Avropada hökumətin özünün peroseslərdən kənara çəkdiyini qeyd edir. Kruqman bunun başlıca səbəbini Avropada heç bir qurumun kifayət qədər məsuliyyət daşımamasında görür. Onun yazdığına görə Avropada vahid valyutanın tətbiqi, subyekt dövlətlrəin müstəqil iqtisadi siyasət yürütmək imkanlarının sarsıdıb. O biri tərfədən ABŞ-da Federal Ehtiyatlar Bürosunun ekvivalenti rolunu oynayan Avropa Mərkəzi Bankı lazımi səlahiyyətlərə və çevikliyə malik deyil. 16 müxətlif hökumət qarşısında cavabdehlik daşıyan Mərkəzi Bank öz hərəkətlərində ləng, riskə meylsiz xarakter nümayiş etdirir. Belə məlum olur ki, iqtisadi böhran zamanında Avropa struktur baxımdan zəifdir və burada mövcud olan səlahiyyət çaşqınliığı kontinentin çətinliklərin öhdəsindən effektiv gələ biləcəyinə inam vermir.

XS
SM
MD
LG