Accessibility links

İran ABŞ prezidenti Barak Obamanın  çağırışlarını alqışlayıb


İran ABŞ prezidenti Barak Obamanın İranla əlaqələrin yaxşılaşdırılması çağırışlarını alqışlasa da, sözlərin kifayət etmədiyini bildirib. Iran prezidenti Mahmud Əhmədinejadın müşaviri Əliəkbər Cavanfekr deyib ki, Amerika Birləşmiş Ştatları sözlərinə əməlləri ilə qüvvət verməlidir. Müşavir bildirib ki, ABŞ keçmiş səhvlərin vurduğu ziyanları aradan qaldırmalıdır. Əliəkbər Cavanfekr Amerikanın Tehranla bağlı siyasətində köklü dəyişiklik etməli olduğunu bildirib. Avropa Birliyinin xarici siyasət şöbəsinin rəhbəri Haviyer Solana ABŞ prezidentinin müraciətinin İranla münasibətlərin yeni səhifəsini aça biləcəyini deyib. Barak Obamanın müraciəti Rusiya tərəfindən də alqışlanıb.
XS
SM
MD
LG