Qırğızıstan qanunvericiləri
prezdient seçkilərinin iyul ayında keçirilməsi planını böyük səs çoxluğu ilə
qəbul edib. Bir nəfər istisna olmaqla bütün deputatlar parlament komitəsinin
məsləhətlərinin ardınca seçkilərin iyulun 23-də keçirilməsinə səs verib. Qırğız
parlamentində böyük üstünlüyü prezident Kurmanbek Bakıyevin partiyasının üzvləri təşkil edir. Cənab
Bakıyev keçən ay ikinci müddətə
prezident seçilmək planlarını bəyan etmişdi. Parlamentdəki səsvermə ölkənin
konstitusiya məhkəməsinin prezident seçkilərinin oktyabrın 25-ə kimi keçirilməsi
barədə qərar çıxarmasından sonra olub.
Qeyd edək ki, cənab Bakıyev 2005-ci ildə mübahisəli parlament seçkilərinin
səbəb olduğu iğtişaşların və sabiq
prezident Əskər Akayevin ölkədən
qaçmasının ardınca hakimiyyətə gəlmişdi.