Accessibility links

Helmənd və Loqarda 33 yaraqlı öldürülüb


Əfqanıstandakı Amerika hərbçiləri bildirirlər ki, əfqan və Amerikanın başçılığı altındakı hərbi qüvvələr Helmənd və Loqar vilayətlərində həyata keçirdikləri hücumları nəticəsində 33 yaraqlı öldürülüb. Dünən Helmənd vilayətinin Qereşk mahalında keşik çəkən qüvvələr yaraqlıların hücumuna məruz qalıb. Əsgərlərin hücuma cavab atəşi nəticəsində 30 yaraqlı öldürülüb . Əməliyyat zamanı bir əfqan əsgəri isə yaralanıb. Cənub Helmənd vilayəti Əfqanıstanda ən təhükəli bölgədir. Taliban döyüşçüləri bu vilayətin böyük hissəsinə nəzarət edir. Bu gün ABŞ hərbi qüvvələri bomba istehsal edilən bölgəyə reyd keçirərək, 3 yaraqlını öldürüblər. Prezident Obama administrasiyası 17000 əlavə əsgəri qüvvənin Əfqanıstana göndərilməsini təsdiq edib.
XS
SM
MD
LG