Accessibility links

ABŞ Əfqanıstan polisinin gücləndirilməsini planlaşdırır


ABŞ-ın Cənubi Asiya regionu üzrə xüsusi nümayəndəsi Riçard Holbruk Amerikanın Əfqanıstanda polis qüvvələrinin genişləndirilməsi planları haqda məlumatları təsdiq edib.Bu gün Brüsseldə təhlükəsizliyə dair konfransda danışan Hobruk deyib ki, Birləşmiş Ştatlar Əfqanıstanda polisin sayının ciddi şəkildə artırlmasını nəzərdən keçirir.Hobruk hazırkı qüvvələri “təhlükəsizlik zəncirində zəif həlqə” kimi təsvir edib və ABŞ-ın müttəfiqlərini onların sayı və keyfiyyətini artırmağa, habelə onlara təlim verməyə çağırıb.O deyib ki, dörd il ərzində polis qüvvələrinin sayının 78 mindən 82 minə qədər artırəlması planları kifayət deyildi.Bundan öncə “Nyu York Tayms” qəzeti xəbər verib ki, prezident Barak Obamanın Əfqanıstana dair yeni strategiyası ölkənin təhlüksəzlik və polis qüvvələrinin sayının 400 minə çatdırılmasını da nəzərdə tutur.

XS
SM
MD
LG