Accessibility links

Barak Obama keçmiş məhbus siyasətini tənqid edir


ABŞ Prezidenti Barak Obama Quantanamo körfəzindəki saxlanama mərkəzinin bağlanması haqda qərarını müdafiə edib. CBS telekanalına müsahibədə cənab Obama sələfi Corc Buşun məhbuslarla bağlı apardığı siyasəti sərt tənqid edib. Cənab Obama Buşun qeyri-müəyyən müddətli saxlanma siyasətini “dayanıqsız” adlandıraraq bunun dünyada anti-Amerika sentimentlərini gücləndirdiyini bəyan edib. Cənab Obama həmçinin sabiq vitse-prezident Dik Çeyninin tənqidlərinə cavab verib. Cənab Çeyni demişdi ki, Prezident Obamanın milli təhlükəsizlik sahəsində verdiyi qərarlar ABŞ-da növbəti terror hücumu riskini artırır.
XS
SM
MD
LG