Əfqanıstanda xidmət göstərən koalisiya
qüvvələri bildirir ki, Tacikistan
sərhədinin yaxınlığında həyata keçirilən reyd nəticəsində yaraqlı olmalarında
şübhəli bilinən 5 nəfər öldürülüb və başqa 4 adam yaxalanıb. Koalisiya bildirir ki, Əfqanıstanın hərbi
qüvvələri bazar günü Gündüz vilayətində bu reydin həyata keçirilməsinə yardım
edib.Yerli Əfqan rəsmilərinin bəziləri bu
xəbəri təkzib edərək deyirlər ki, reyd zamanı öldürülənlər şəhər meri
üçün işləyən mülki vətəndaşdırlar. Bu
məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.