Accessibility links

Sudan lideri Qətər sammitinə qatılmaqda tərəddüd edir


Sudanın ali din xadimləri beynəlxalq məhkəmə tərəfindən həbsinə qərar verilmiş prezident Ömər əl Bəşirin Qətərdə keçiriləcək Ərəb sammitinə qatılmamasını qərarlaşdırıb.

Müsəlman alimlərindən ibarət Komitə öz fitvasında prezidentin düşmənlərdən yayına bilmək üçün sammitdən kənarda qalmasını zəruri sayıb.

Cənab Bəşir Beynəlxalq Tribunalın onun barəsində Darfurda müharibə cinayətləri törətmək ittihamı ilə, həbsinə qərar verməsinə baxmayaraq, martın 30-da Dohada keçiriləcək sammitdə iştirak edəcəyini təsdiqləmişdi.

Ancaq Sudan prezididentini sözçüsü bu gün deyib ki, Bəşirin sammitə gedib-getməyəcəyi barədə son qərar hələ verilməyib.

XS
SM
MD
LG