Accessibility links

Gürcüstanda müxalifət fəalları həbs edildi


Gürcüstanın müxalifət partiyasının bildirdiyinə görə, polis qanunsuz silah gəzdirmək ittihamı ilə 7 müxalifət fəalını həbs edib.

Bu həbslər müxalifətin gələn ay prezident Mixail Saakaşviliyə qarşı keçirməyi planlaşdırdığı etiraz aksiyaları ərəfəsində baş verib.

Həbslər barədə məlumatı müxalifətçi Bütöv Gürcüstan Uğrunda Demokratik Hərəkatın lideri, parlamentin sabiq spikeri Nino Burcanadze bu gün Tbilisidə elan edib.

Burcanadze deyib ki, saxlananlar arasında onun həyat yoldaşının sürücüsü də var.

Burcanadze baş verənlərdə polisin özünü günahlandırıb.

Belə ki, müxalifət lideri iddia edir ki, həbslərdə əsl məqsəd aprelin 9-da Saakaşvili əleyhinə keçiriləcək aksiyaların qarşısını almaqdır.

Polis rəsmiləri ittihamlara heç bir şərh vermirlər.

XS
SM
MD
LG