Accessibility links

'Manas'ın açılmasına ümidlər qalır


ABŞ-ın Qırğızıstanda hərbi hava bazasını bərpa etməsi barədə şanslar hələ də qalmaqdadır. Moskvada şəraitlə bağlı danışan və adının açıqlanmasını istəməyən Birləşmiş Ştatlar rəsmisi deyib ki, iki ölkə Manas bazasının gələcəyi ilə bağlı danışıqların bərpası barədə razılığa gəlib. Bu baza hazırda Mərkəzi Asiyada həm ABŞ hərbi təchizatlarının yeganə marşrutu, həm də NATO və Birləşmiş Ştatlar koalisiyasının Əfqanıstanda TAlibanla mübarizəsində önəmli mövqedir. Dünən Qırğızıstan xarici işlər naziri Kadirbek Sarbayev deyib ki, ölkəsi bazanın bağlanması qərarını yenidən nəzərdən keçirməyib.

XS
SM
MD
LG