Accessibility links

İraq və ABŞ hərbi qüvvələri Bağdadda sünni könüllülərə tərksilah olmaq əmri verib


ABŞ və İraq hərbi qüvvələri Bağdadda sünni könüllülərə tərksilah olmaq əmri veriblər. Bu, onların liderinin həbsinin qanlı toqquşmalara gətirib çıxarmasından sonra baş verir. Hərbi qüvvələrin əsgərləri küçələrdə ruporla onlara müraciət edib döyüşləri dayandırmağa çağıraraq, əks halda onların həbs ediləcəyini deyirlər. Xəbərdarlığa baxmayaraq, Bağdadın Fadhil məhəlləsində ara-sıra atışmalar baş verir.

Toqquşmalarsa şənbə günü polis qrupun yerli lideri Adil əl-Məşhədani və onun bir neçə yardımçısını terrorizm ittihamları ilə həbs etdikdən sonra başlayıb. Hadisələr zamanı küçədə olan iki adam və bir polis işçisi həlak olub, 15 nəfərsə yaralanıb. Yerli rəsmilərin bildirdiyinə görə, şənbə günü döyüşlərdən sonra beş İraq əsgəri itkin düşüb.

XS
SM
MD
LG