Accessibility links

Hakan Yavuz: 'Türkiyədəki seçkilər AKP-nin sonunun başlanğıcı ola bilər'


Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası qalib gəlsə də ölkənin müəyyən yerlərin də bu partiyaya səs verənlərin nisbəti azalıb. Səslərin tam hesablanmasından sonra hakim partiya 40 faiz səs toplayıb. Ekspertlər hesab edir ki, AKP-nin qələbəsinə baxmayaraq, cənab Ərdoğanın partiyası reytinqini itirir.
Seçkilərdə qalib gəlməsinə baxmayaraq, Ədalət və İnkişaf Partiyasının rəhbəri Rəcəb Tayyib Ərdoğan nəticələrdən razı qalmadığını və bundan nəticə çıxaracaqlarını bildirib. Onun sözlərinə görə, partiyanın gözləntiləri səslərin 50 faizindən çoxunu əldə etmək olub. AKP İstanbul və Ankarada qalib gəlsə də, kürdlərin üstünlük təşkil etdiyi cənub-şərq bölgəsində uduzub. Son nəticələrə görə əsas müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası seçkilərdə 2-ci yeri tutub və seçicilər arasında bu partiyaya dəstək nisbətən artıb. Cümhuriyyət Xalq Partiyası 28 faiz səs əldə edə bilib. 3-cü yerdə olan Milliyyətçi Hərəkat Partiyasının isə 15 faizdən çox səs aldığı bildirilir. Partiyanın rəhbəri Dövlət Baxçalı nəticəni sürpriz adlandıraraq, böyük uğur olduğunu bildirib.
Yuta Universitetinin professor Hakan Yavuz hesab edir ki, Ədalət və İnkişaf Partiyası bu seçkilərdə böyük zərbə alıb. Onun sözlərinə görə, 2002 və 2008 il seçkilərində Cənub-şərq və Ege bölgələrində böyük üstünlük qazanan partiyanın indiki bələdiyyiyyə seçkilərində həmin ərazilərdə bu üstünlüyü itirdiyi görünür. AKP namizedlərinin böyük fərqlə qələbə qazanacağı ehtimal olunan İstanbul və İzmirdə də gözləntilərin baş tutmadığını bildirən cənab Yavuz namizədlərin keyfiyyətinin və dediyi sözlərin çox önəmli olduğunu dilə gətirib. Yuta Universitetinin professorunun sözlərinə görə, türk xalqının sərt bəyanatlardan, mübahisələrdən xoşu gəlmir. O deyib ki, böyük şəhərlərdə seçki nəticələri əhalinin rüşvət və suistifadələrdən də narahat olduğunu nümayiş etdirib.
Ekspertin fikrincə, bu seçkilərinin ən uğurlu partiyaları, Səadət və Milliyətçi Hərəkat partiyasıdır. Hakan Yavuz bu partiyaların uğurlarını namizədlərinin güclülü olmağı ilə əlaqələndirir. O deyir ki, həmin partiyaların nailiyyətlləri seçicilərin hakim partiyanın cənub şərqdəki bəzi təşəbbüslərinini də himayə etmədiyini göstərir.
Bəs olacağı təqdirdə Tükiyədə müxalifət parlament seçkilərinin erkən keçirilməsini tələb edə bilərmi? Yuta Universitetinin professorunun buna münasibəti qətdidir: “Qətiyyən belə düşünmürəm, çünki, müxalifət iqtisadi böhranın sonunu gözləmədən belə bir addım atacağına inanmıram”.
Qeyd edək ki, 19 siyasi partiyanın mübarizə apardığı bələdiyyə seçkilərində 48 milyon seçici iştirak edib. Seçkilər habelə zorakılıqlarla yadda qalıb. Qarşıdurmalar zamanı 7 nəfər həlak olub. 100-dən çox insanın isə xəsarət aldığı bildirilir.

XS
SM
MD
LG