Pakistan rəsmiləri bir gün davam edən atışmalardan
sonra Lahor şəhərindəki polis təlim mərləzini ələ keçirib. Pakistan rəsmiləri
deyir ki, 5 silahlı öldürülüb, ən azı 4 nəfər isə həbs edilib. 10 silahlı şəxs
yerli vaxtla bu gün səhər odlu silahlarla və qumbaralarla hücum edərək təşviş
yaratmağa çalışıblar. Onlar deyir ki, 20 polis işçisi öldürülüb və 35 yeni
polis əməkdaşı isə əsir götürülüb. Polis zabitlərinin sözlərinə görə, hücumdan
qısa müddət sonra akademiyada əsl təşviş səhnəsi yaranıb.