Accessibility links

Dmitri Mefvedyev Londona rekord sayda siyasi təşəbbüslərlə gedir


“Vaşinqton Post” qəzetində dövlət başçıları Barak Obama və Dmitri Medvedyevin görüşü ərəfəsində dərc olunan məqalədə Rusiya prezidenti deyir ki, Amerika ilə Rusiyanın əməkdaşlıq edəcəyi bir çox mümkün sahələr var. Onun sözlərinə görə, buraya silahsızlaşma, Əfqanıstan və maliyyə böhranı daxildir.

Ancaq bu yaxınlarda cənab Medvedyev strateji yenidən silahlanma planını açıqlayıb və Qırğızıstana ABŞ-ın Əfqanıstana təchizat səylərini çətinləşdirən 2 milyard dollarlıq yardım paketi təklif edib. Bundan başqa Rusiya ABŞ-ın Mərkəzi Avropada raketlərdən müdafiə sistemi təklifinə İskəndər raket qurğusunun Polşa yaxınlığında yerləşdirilməsi ilə cavab verəcəyini bildirib və İrana raket satılmasını istisna etməyib.

“Qlobal hadisələrdə Rusiya” qəzetinin baş redaktoru Fyodor Lukyanovun sözlərinə görə, Moskvanın aşkar siyasət dəyişikliyi göstərir ki, Kreml ABŞ-Rusiya dialoqunda öz mövqeyini gücləndirmək istəyir. Lukyanovun fikrincə London gündəliyində mübahisəli məsələlərdən biri Amerikanın Mərkəzi Avropadakı raketdən müdafiə sistemi planlarıdır. Buş və Obama administrasiyası sistemin İran üçün nəzərdə tutulduğunu desə də, Moskva bunu Rusiyaya təhdid kimi qəbul edir: “İskəndər raketlərinin yerləşdirilməsi ritorik xəbərdarlıq idi. Mənə elə gəlir ki, bunu heç kəs həyata keçirməyi planlaşdırmırdı. Özü də ki, hazırda Mərkəzi Avropada raketlərdən müdafiə sistemi yerləşdirilməsi Barak Obama administrasiyasının prioriteti deyil”.

Lukyanov deyir ki, Moskvanın narahatlıqlarına daxil olan Ukrayna və Gürcüstanın NATO-ya daxil olma məsələsində Obama administasiyası güzəştə getsə, bu, gərginliyin aradan qalxmasına xidmət edər. Onun sözlərinə görə, ABŞ Rusiyanın bu ölkələr üzərində təsir dairəsini qəbul etməyəcək.

Moskvada Karneqi Mərkəzinin direktoru Dmitri Trenin Ukrayna əhalisinin böyük bir hissəsinin NATO üzvlüyünə razı olmadığını vurğulayır. Ancaq o, deyir ki, bir çox ukraynalılar və Mərkəzi Avropadakı başqa əhali Rusiyanı NATO-nun mübarizə apara biləcəyi tarixi təcavüzçü kimi görür: “Rusiyanın Ukraynanı, onun sərhədlərini və ölkənin mövcudluğunu sual altına alan rəsmi və yarı-rəsmi addımları Kremlin mövqeyini güclündirmir və nəticədə analizlər iki ölkə arasında dinc, sivil əlaqələrin inkişafının qeyri-mümkünlüyünü göstərir”.

Rusiya Elmlər Akademiyasının ABŞ-Kanada İnstitutunun direktoru Serqey Roqov isə hesab edir ki, Ukraynada NATO raketlərinin yerləşdirilməsinə dair narahatlıq ən azı 50 il əvvəl Sovet İttifaqının Kubadakı raketlərinin Amerikaya yaratdığı narahatlıq qədər təhlükəlidir. Roqovun fikrincə, İranın Rusiya ərazisinə çatmaq iqtidarında olan raketləri var və Rusiya bu ölkənin nüvə silahı əldə etməsini istəmir. O deyir ki, Rusiya İranla bağlı bütün məsələlərdə ABŞ-la razılaşır, ancaq Tehrana əlavə sanksiyaların tətbiqinə etiraz edir: “Prezident Obamanın komandası hələ təşkil edilməyib və bu, o deməkdir ki, danışıqlar mövqeyi də hələ formalaşmayıb. Altı ay ərzində yeni razılaşmanın imzanmasının qarşısını alan böyük və presedenti olmayan problemlər var”.

Rusiya müşahidəçiləri habelə ABŞ-ın insan haqları məsələsinə diqqətini azaldacağını bildirir. Fyodor Lukyanov deyir ki, Obama administrasiyasına bir çox çətin problemlər miras qalıb və prezident problemlərin həllinə praqmatik yanaşma göstərməlidir.

XS
SM
MD
LG