Accessibility links

Zbiqnev Brjezinski ABŞ- Türkiyə Hesabatını şərh edib


Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin ekspertlərinin Obama administrasiyasına tövsiyələrini əhatə edən hesabatı Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Zbiqnev Brjezinski təqdim edib.

Cənab Brjezinki deyib ki, prezident Obamanın Türkiyəyə səfərə hazırlaşdığı bir vaxt bu ölkənin önəmi daha da artıb. O bunun səbəblərini açıqlayaraq, deyib ki, əvvəla Türkiyə bizim həqiqi müttəfiqimizdir. O, NATO-nun strateji əhəmiyyətə malik üzvüdür, Avropa Birliyinə üzlüyüyə namizəddir, müsəlman demokratik ölkədir, İsrailin dostudur, regionda sabitliyə kömək edən bir ölkədir. Onun İran üzərində müsbət təsiri var, türk dilli xalqlar üçün nümunədir, Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynayır və Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir.

Birləşmiş Ştatlar və Türkyə arasında münasibətlər mühüm bir məqama yetişib. Türkiyə ABŞ-ın Yaxın Şərqdə maraqlarının təmin edilməsi işində və enerji divertifikasiyası sahəsində əsas müttəfiqdir. Türkyə ABŞ-a yaxın müttəfiq kimi baxır və qarşılıqlı maraqların təmin edilməsinə tərəfdaşlıq münasibətlərini istəyir. Qarşılıqlı maraq baxımından bu iki ölkə arasında münasibətlərin yenidən canlandırılmasına Vaşinqtonun aparıcı təhlilçilərinin fikrincə indi təcili bir zərurət duyulur.

Vaşinqtonda yeni administrasiyanın hakimiyyətə gəldiyi ilk iki ay ərzində ABŞ prezident Barak Obamanın və bundan öncə Dövlət katibi Hillari Klintonun Türkiyəyə səfərləri münasibətlərin gücləndirilməsinə ehtiyaca bariz nümunə kimi qiymətləndirilir. Lakin İraq müharibəsi ilə bağlı iki ölkə arasında gərginlik və bununla bağlı həll olası bir sıra məsələlər qalır.

Vaşinqonun Yaxın Şərq və Türkiyə üzrə yeddi aparıcı ekspertinin hazırladığı hesabat Obama administrasiyasına Türkiyə ilə münasibətləri qurarkən tövsiyələri əhatə edir. Burada balanslı şəkildə Türkiyənin qeyri-müəyyən daxili vəziyyəti, siyasi və sosial dinkamikalar və ölkənin qonşuları ilə mürəkkəb münasibətləri təhlil edilir. Sənəddə ABŞ və Türkiyə arasında qarşılıqlı maraqların nəyə əsaslana biləcəyi qiymətləndirilir.

Qarşılıqlı münasibətlərdə ortaq sahələr kimi hesabatda yaxın Şərqdə sülh və sabitliyin qorunması, terrorizmə qarşı mübarizə, azad ticarət, enerji təhlükəsizliyi, Avropa ilə münasibətlərin inkişafı göstərilir. Təhlilçilər İraq müharibəsindən qaynaqlanan təhlükəsizlik məsələlərinə görə münasibətlərdə gərginliyin qaldığını göstərirlər.

Burada Ankara və Vaşinqtonun gözləntiləri də qeyd edilir. Ankara Vaşinqtonun regional məsələlərdə onunla məsləhətləşmələr aparmasını gözləyir, Vaşinqtonsa Ankaranın sabit bir qarşılıqlı tərəfdaş olub, qeyri-demokratik ölkələrlə yaxınlıq əlaqələri yaratmamasını istəyərək, bu münasibətlərin qonşuluq münasibətlərilə kifayətlənməsini gözləyir. Bununla bərabər, Vaşinqton həm də Türkiyənin müsəlman ölkələrinə nümunə kimi çıxış etməsini istəyir. Bunun üçün təhliçilər Türkiyədə islahatların həyata keçirilməsi, demokratiyanın inkişafı və bunun sayəsində Avropa Birliyilə vəhdətinin önəmli olduğunu vurğulayır.

Bütün bunları nəzərə alaraq, Türkiyə-Amerika münasibətlərinin inkişafında əsas rol oynacyacaq sahələr qeyd edilir. Bunlar İraqda uzun müddət üçün sabitlik və təhlükəsizliyin yaradımlası, Əfqanıstan və Pakistanda vəziyyət, investisiya və ticarətin genişləndirimləsi, hərbi əməkdaşlıq və Türkiyənin Avropa Birliyinə üzvlüyünə dəstək məsələləridir.

Beynəlxalq və Strateji Araşdırmalar mərkəzinin təhlilçiləri aprel ayının 24-də prezident Barak Obamanın ermənilərin anım günü münasibətilə mesajında "soyqırım" sözünü işlətməməyə çağırırlar və Konqresin Nümayəndələr Palatasında soyqırımla bağlı qətnamənin qarşısının alınmamasının münasibətlərə zərər vurduğunu qeyd edirlər. Təhlilçilər bununla bərabər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına çağırır və Türkiyənin mələnin tarix komissiyası tərəfindən çözülməsi təklifinə dəstək verirlər.


XS
SM
MD
LG