Accessibility links

Dmitri Medvedev:  ‘Rusiya ilə ABŞ münasibətlərini bərpa etməyə ehtiyac duyurlar’


Rusiya prezidenti Dmitri Medvedev deyir ki, ölkəsi ilə ABŞ münasibətlərini bərpa etməyə və qlobal problemlərin həllində açar əldə etmək üçün birgə fəaliyyətə ehtiyac duyurlar.

Washington Postun bugünkü sayında dərc olunan məqaləyə görə, cənab Medvedev deyib ki, iki ölkə münasibətlərində qarşıdurma və etinasızlığa yol verməməlidirlər.

Rusiya lideri bildirib ki, iki ölkənin bir-birinə münasibətdə “zəhərli iddialardan” imtinası qarşılıqlı maraqların təmininə və bərabərliyə kömək edə bilər.

Medvedev deyib ki, ABŞ administrasiyasının Şərqi Avropada raketdən müdafiə sistemi yaratmaq planları və NATO-nun genişlənməsinə dəstəyi, eləcə də Avropada adi silahların yayılmasına qarşı konvensiyanın ratifikasiyasından imtina etməsi Rusiyanını maraqlarına zərər vurub.

Çərşənbə günü Medvedevin Londonda qlobal iqtisadi sammit çərçivəsində ABŞ prezidenti Barak Obama ilə ilk görüşü nəzərdə tutulur.

Rusiya rəsmiləri bu görüşdə İranın nüvə proqramının müzakirə olunacağını bildirirlər.

XS
SM
MD
LG