Accessibility links

Pakistan bölgəsinə hava zərbəsi endirilib


Pakistan rəsmləri bildirirlər ki, ehtimala görə Birləşmiş Ştatlara məxsus pilotsuz təyyarə Pakistanın şimal-qərbində yaraqlıların sığınacaq məntəqəsinə iki raket ataraq 12 nəfəri öldürüb. Rəsmilər bu əməliyyatın Əfqanıstanla sərhəd məntəqənin yaxınlığındakı ucqar Orakzay tayfasının yaşadığı bölgədə baş verdiyini bildirirlər. Bundan bir gün öncə Talibanın Pakistandakı komandiri Beytulla Məsud bildirmişdi ki, Lahor hücumu Pakistan hökumətinin ABŞ-ın tayfaların yaşadığı ərazilərə hava hücumlarına dəstəyinə cavabdır. O, Amerikanın Səsi daxil olmaqla xəbərlər agentliklərinə verdiyi müsahibədə Birləşmiş Ştatlara hücum edəcəyini bildirib.
XS
SM
MD
LG