Accessibility links

Böyük İyirmiliyin liderləri iqtisadiyyatı bərpa etmək üçün daha artıq vəsait ayırmağa söz veriblər


Britaniyanın baş naziri Qordon Braun deyib ki, Böyük İyirmiliyin liderləri dünyanı iqtisadi tənəzzüldən çıxarmaq, iş yerlərinin saxlanması və maliyyə bazarlarına nəzarəti əhatə edən proqrama dair razılıq əldə ediblər.Cənab Braun bunları Londonda dünyanın zəngin və inkişaf etməkdə olan ölkələrin sammitinin sonunda bildirib.O deyib ki, Böyük İyirmiliyin liderləri dünya iqtisadiyyatına daha 1 trilyon dollar məbləğində vəsait əlavə edəcək.Bu maliyyənin böyük hissəsi Beynəlxalq Falyuta fondunun iqtisadi tənəzzülün daha çox təsirinə məruz qalan ölkələrinə yardım göstərməsi üçün ayrılacaq. Digər fondlarsa, cənab Braunun iqtisadi inkişafın mühərriki adlandırdığı qlobal ticarətin genişləndirilməsi üçün nəzərdə tutulur.

XS
SM
MD
LG