ABŞ müdafiə naziri Robert Qeytsin sözlərinə görə, əgər
İsrail bu il İrana raket hücumu etsə, bu, onu təəccübləndirər. "Financial
Times" qəzetinə müsahibə zamanı Qeyts deyib ki, İranın nüvə proqramının qarşısını
alınması səyləri hələ 3 il apara bilər. Qərb dövlətləri və İsrail İranın silah
hazırlamaq üçün nüvə texnologiyası inkişaf etdirdiyinə inanır. Tehran isə bunu
təkzib edir. İsrailin kəşfiyyat rəsmisi deyir ki, İran hazırda atom bombası
hazırlamaq qabiliyyətinə malikdir və Tel-Əviv hərbi ölçüləri istisna etmir.
İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini israr edir.