Accessibility links

Pakistan ABŞ-ın raket hücumlarını xüsusi nümayəndə Holbrukla müzakirə edəcək


Pakistan ABŞ-ın raket hücumlarını gələn həftə ölkəyə səfər edəcək xüsusi nümayəndə Riçard Holbrukla müzakirə edəcəyini bildirib. Xarici İşlər nazirliyinin mətbuat katibi Əbdul Bəsit müxbirlərə deyib ki, İslamabad Birləşmiş Ştatlarla işləməyə hazırdır. Lakin Pakistan ərazisində raket hücumlarının qəbuledilməz olduğunu qeyd edib. Keçən il ərzində ABŞ-ın pilotsuz idarə olunan təyyarələri 30-a yaxın raket hücumu həyata keçirib. Hücumların hədəfi Pakistanın Əfqanıstanla həmsərhəd şimal-qərbində Əl-Qaidə və Taliban yaraqlıları olub. ABŞ hücumları heç vaxt təsdiq etməyib. Pakistan bu hücumların qeyri-məhsuldar olduğunu bildirir və bunu suverenliyinin pozulması adlandırır.

XS
SM
MD
LG