Accessibility links

Kiyevdə minlərlə müxalifət tərəfdarının iştirakı ilə yürüş təşkil edilib


Ukraynanın paytaxtı Kiyevdə minlərlə müxalifət tərəfdarının iştirakı ilə yürüş təşkil edilib. Nümayişçilər erkən parlament və prezident seşkiləri keçirilməsini tələb edib. Regionalar partiyasının emblemləri ilə Mariinski parkında onlarla çadır qurulub. Bu park parlament binası qarşısında yerləşir.

Regionlar partiyasının lideri Viktor Yanukoviç prezident Viktor Yuşenko və digər rəsmilərin istefasına çağırıb. Yanukoviçin partiyası hökuməti dəfələrlə iqtisadi siyasətinə görə tənqid edib. Ukraynada iqtisadi durum qlobal iqtisadi böhran və Rusiya ilə enerji mübahisələrinə görə olduqca ağırdır.

Ukrayna prezidenti Viktor Yuşenko bildirib ki, erkən prezident seçkiləri tələbini nəzərdən keçirə bilər. Lakin prezident bunun bir -müxalifətin parlament seçkilərinin də eyni vaxta keçirilməsi ilə razılaşdığı halda baş verə biləcəyini deyib. Prezident bu açıqlamanı parlamentin prezident seçkilərinin oktyabr ayının 15-də keçirilməsi məsələsini səsə qoymasından iki gün sonra verib.

XS
SM
MD
LG