NATO bildirir ki, Əfqanıstanın cənubunda baş
verən bomba partlayışı nəticəsində bir əsgəri həlak olub. Lakin NATO bu hücum və ölən əsgərin
milliyyəti barədə təfərrüatlı məlumat verməyib. Bu arada Amerika hərbçiləri deyirlər ki, Əfqanıstan
və Amerikanın başcılıq etdiyi koalisiya qüvvələri Helmənd vilayətində quru və
hava hücumları nəticəsində 20 yaraqlını öldürüblər. Amerika hərbçilərinin açıqladıqları bəyanatda
qeyd edilib ki, dünən tərəflər arasında Kacaki mahalında toqquşmalar baş
vermişdi. Koalisiya qüvvələri
yaraqlıların atəşinə cavab verdikdən və
təyyarəni yardıma çağırdıqdan sonra 20 yaraqlı öldürülüb. Xəbərdə həmçinin bildirilir ki, Kacaki mahalındakı
yaraqlılar bomba istehsalı, silah qaçaqmalçılığı və narkotik fəaliyyətlə məşğuldur.