Accessibility links

Amerikalı jurnalistin valideyinləri sabah İran həbsxanasında qızları ilə görüşəcək



İranlı vəkil Abdolsəməd Xorrəmşai deyir ki, rəsmilər bu ölkədə həbs olunmuş amerikalı jurnalist Roksana Saberinin valideyinlərinə sabah qızları ilə Evin həbsxanada görüşmələrinə icazə veriblər.

Jurnalistin valideyinləri Reza və Akiko Saberi İran paytaxtına dünən gəliblər.

Atası qızının vəziyyətindən narahat olduğunı bildirib.

İran rəsmiləri jurnalist Saberini yanvar ayında qadağan olunmuş fəaliyyətinə görə həbs etdiklərini bildirirlər.

Onların dediyinə görə, jurnalist akkreditasiyasının ləğvinə baxmayaraq, fəaliyyətini davam etdirib.

XS
SM
MD
LG