Accessibility links

Venesuela prezidenti ABŞ-la əlaqələrin normallaşdırılması tərəfdarı olduğunu deyib


Venesuela prezidenti ABŞ-la əlaqələrin normallaşdırılması tərəfdarı olduğunu deyib. Venesuelanın dövlət televiziyası ilə çızışı zamanı Uqo Çaves bildirib ki, münasibətlərin bərpası düyməsini basmağa hazırdır.

Solçu lider indiyədək Barak Obama administrasiyasına ziddiyyətli siqnallar göndərir. Uqo Çaves Obamanı cahil adlandıraraq demişdi ki, o, Latın Amerikası haqda çox şey öyrənməlidir. Eyni zamanda Venesuela prezidenti Barak Obamanın Quantanamo məhbəsinin bağlanması təklifini alqışlamışdı.

Hər iki ölkənin prezidenti aprel ayının 17-dəTrinidad və Tabaqoda keçiriləcək görüşlərdə iştirak etməlidir.

XS
SM
MD
LG