Pakistan polisi bildirir ki, Pəncab vilayətinin Çakval şəhərinin şiə məscidinə intiharçının hücumu nəticəsində azı 22 nəfər həlab olub. Pakistan rəsmiləri deyirlər ki, hücumçu 1000-dən çox adamın toplaşdığı məscidə daxil olmağa cəhd edib. Əgər o, məscidə daxil ola bilsəydi çox sayda adam həlak olardı. Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Yusuf Raza Gilani hücumu qınayıb və bu zorakılığın məsullarının tapılmasına sərəncam veriblər.