Accessibility links

Barak Obama Türkiyə parlamenti qarşısında nitq söylədi


Bu gün ABŞ prezidenti Barak Obama Türkiyə Böyük Millət Məclisində nitq söyləyib. ABŞ-Türkiyə münasibətlərinə həsr olunmuş geniş nitqdə Obama iki ölkə arasındakı müttəfiqliyin tarixindən, Türkiyənin regiondakı nüfuzundan, demokratik respublika kimi onun uğurlarından və qarşıda duran imkanlardan söz açıb. Türkiyəni Amerikanın mühüm müttəfiqi adlandıran prezident Obama bu ölkənin zamanın sınaqlarına qarşı Amerika ilə çiyin-çiyinə dayanmasının vacibliyini vurğulayıb. Günün əvvəlində Türkiyə cümhuriyyətinin banisi olan Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edən ABŞ lideri bu böyük şəxsiyyətin tarixin kursuna göstərdiyi təsirdən danışıb. Onun sözlərinə görə Atatürkün həyatına verilən qiymət təkcə daş və mərmər abidələrlə ölçülmür. Atatürkün Türkiyəyə miras qoyduğu irs qüdrətli və dünyəvi demokratiyaya malik olan Türk dövlətinin qurulmasıdır ki, qarşısında çıxış etdiyi parlament buna bariz nümunədir:

“O, zaman gələcək asanlıqla müəyyən edilməmişdi. Birinci Dünya Müharibəsinin sonunda Türkiyə onun ərazilərini zəbt etmək yaxud qədim imperiyanı bərpa etmək istəyən xarici qüvvələrin təsiri altına düşə bilərdi. Lakin Türkiyə özünə fərqli gələcək seçdi. Siz özünüzü xarici nəzarətdən azad etdiniz. Siz Birləşmiş Ştatlar və bütün dünyanın hörmət etdiyi Respublika qurdunuz.

Bu hekayənin sadə həqiqəti var. Türkiyə demokratiyası sizin nailiyyətinizdir. Bunu sizə xaricdən gətirməyiblər, yaxud bu mübarizəsiz və qurbanlarsız başa gəlməyib. Hər bir demokratiya kimi Türkiyə gücünü keçmişin uğurlarından alır və hər yeni nəslin səyləri ilə Türklər tərəqqiyə doğru hərəkət edir.”

Öz vətəninin demokratiya tarixindən bəhs edən prezident Obama Amerikada da Corc Vaşinqton adlı generalın inqilaba rəhbərlik etdiyini bildirib. Dövlətin banisinə hörmət əlaməti olaraq Corc Vaşinqtonun adını daşıyan paytaxt şəhərdə obelisk inşa olunub. Vaşinqton abidəsi inşa edilərkən Osmanlı sultanı Əbdülməcid hədiyyə kimi mərmər lövhə göndərmişdi. Həmin lövhədə iki dövlət arasındakı dostluğun gücləndirilməsi arzusu izhar olunurdu. O vaxtdan bəri, İkinci Dünya Müharibəsinin ardınca ABŞ prezidenti Hərri Truman Türkiyənin azadlığını və suverenliyini qorumaq üçün bu ölkəyə yardım göstərmiş və Türkiyə buna cavab olaraq NATO alyansına daxil olmuşdur. Türk qüvvələri son onilliklərdə Koreyadan tutmuş Kosovo və Kabilədək ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət göstəriblər:

“Birləşmiş Ştatlar və Türkiyə həmişə hər məsələdə razılığa gəlməyiblər. Bu, gözləniləndir. Lakin biz son 60 ildə bir çox sınaqlara birgə sinə gərmişik. Və bu alyansın qüdrəti və dostluğumuzun möhkəmliyi səbəbilə Amerika və Türkiyə hər ikisi güclüdür və dünya daha təhlükəsizdir.

İndi bizim demokratiyalarımız misli görünməmiş sınaqlarla üzləşir. Sərhəd tanımayan iqtisadi böhran. Günahsız qadın, kişi və uşaqların öldürülməsinə rəvac verən ekstremizm. Enerji təchizatında üzləşilən çətinliklər və iqlim dəyişikliyi. Dünyanın ən ölmücül silahlarının yayılması və faciəvi münaqişənin davam etməsi.

Bunlar bizim gənc əsrimizin böyük imtahanlarıdır. Və bizim etdiyimiz seçimlər bu gələcəyin qorxu və ya azadlıq, yoxsulluq və ya firavanlıq, ixtilaf və ya ədalətli, möhkəm və dayanıqlı sülh tərəfindən formalaşmasını müəyyən edəcək.”

Prezident Obamanın sözlərinə görə heç bir millət bu sınaqların öhdəsindən təkbaşına gələ bilməz. Ona görə də dövlətlər siyasi kursları qarşılıqlı maraqlar çərçivəsindən çıxış edərək müəyyən etməli və birlikdə işləməlidirlər. “İrəliyə doğru hərəkət edən Amerika Biləşmiş Ştatları məhz bu yanaşmanı rəhbər tutacaq,” deyə o, bildirib.

Qlobal iqtisadi böhranın qarşısını almaq yollarından danışan ABŞ lideri Böyük İyirmiliyin razılılıqlarına əsasən kredit axınının bərpası, proteksionizmə qarşı mübarizə və maliyyə nizamlamalarında islahatların vacibliyini önə çəkib. O, ABŞ-la Türkiyə arasında ticarət münasibətlərinin və investisiya mübadiləsinin genişləndirilməsinə çağırıb. Şərqlə Qərb arasında neft və təbii qaz nəqliyyatında oynadığı mərkəzi rolu vurğulayan Obama ABŞ-ın Türkiyəni bu xüsusda dəstəkləyəyəcəyini bildirib. İqtisadi əməkdaşlığın təhlükəsizlik sahələrinə də şamil edilməsinə səsləyən natiq vahid, sülhpərvər və azad Avropanın təşəkkül tapacağına ümidini izhar edib:

“Qoyun aydın şəkildə deyim. Birləşmiş Ştatlar Türkiyənin Avropa Birliyinə üzv olmasını dəstəkləyir. Biz birliyin üzvü qismində yox, həm Avropanın həm də Türkiyənin yaxın dostu qismində danışırıq. Türkiyə transatlantik münasibətlərdə və Avropa təəssisatlarında məsuliyyətli tərəfdaş olub. Türkiyəni Avropa ilə birləşdirən təkcə Bosfor körpüsü deyil. Əsrlərlə paylaşılan tarix, mədəniyyət və ticarət sizi bir araya gətirir. Avropa etnik, ənənə və etiqad rəngarəngliyindəın qazanır, itirmir. Türkiyənin birliyə üzvlüyü Avropanın bünövrəsini genişləndirəcək və möhkəmləndirəcək.”

Türkiyənin də bu məsələdə məsuliyyətlərini önə çəkən prezident Obama üzvlükdən Türkiyənin də bəhrələnəcəyini bildirib. O, bu istiqamətdə aparılan islahatların təkcə Avropa Birliyinə yox, Türkiyənin özünə də fayda verəcəyini əlavə edib. Cənab Obama Türkiyədə dövlət təhlükəsizlik məhkəmələrinin ləğvini , hüquqi müdafiənin güclənməsini, o cümlədən cinayət məcəlləsində aparılan islahatları və söz-mətbuat azadlığı sahələrində genişlənən azadlıqları alqışlayıb. Barak Obama kürd dilində yayımların təmin edilməsini bu islahatlara nümunə kimi qeyd edib.

Ölkədə sivil cəmiyyətin qurulmasının mühümülyünü önə çəkən Barak Obama ABŞ-ın özündə də bu növ islahatların aparıldığını və məhz bunun nəticəsi olaraq onun kimi şəxsin prezident olduğunu söyləyib. Elə bu səbəbdən də onun Quantanamo məhbəsinin bağlanmasına qərar verdiyini və ABŞ-ın işgəncə praktikasını qadağan etdiyini bəyan edib.

Demokratiyanın üzləşdiyi məsələlərdən birinin də tarixlə ayaqlaşmaq olduğunu qeyd edən ABŞ lideri vətənində Amerikalı hindularla rəftarın yenidən nəzərdən keçirilməsi haqda söz açıb.

“Bəşər əməli təbiətcə qeyri-kamildir. Saf-çürük edilməmiş tarixin yükü ağır ola bilər. Hər bi ölkə öz küşmişi ilə qarşılaşmalıdır. Keçmişlə hesablaşmaq yaxşı gələcəyə yol aça bilər. Mən bilrəm ki, bu zalda 1915-ci ilin dəhşətli hadisələri ilə bağlı güclü baxışlar var. Mənim öz baxışlarım haqda çox şeylər deyilsə də burada əsas türk və erməni xalqlarının tarixlə hesablaşmasıdır. Türk və erməni xalqarını irəliyə aparan proses vicdanlı, açıq və konstruktiv yoldan keçir.

Biz artıq türk və erməni liderlərin tarixi və cəsarətli addımları atdığının şahidi olmuşuq. Bu təmaslar yeni günə ümidlər verir. Açıq sərhədlər Türkiyə və Ermənistan xalqlarının dinc və firavan şəraitdə yan-yanaşı yaşamasına imkan verər və hər ikisinin maraqlarına xidmət edər. Bu, həm də Türkiyə rəhbərliyinin bütün Cənubi Qafqaz dövlətləri ilə normal və dinc münasibətlərə malik olan yeganə regional qüdrət olmasına işarədir. Və bu sülhü irəliyə doğru aparmaq üçün siz həddən artıq uzun müddət davam etmiş Dağlıq Qarabağ münaqişəsin həllində konstruktiv rol oynaya bilərsiniz.”

ABŞ lideri bu yönümdə Türkiyənin Kipr və İsrail-Fələstin münaqişələrinin həllində də müsbət rol oynaya biləcəyini önə çəkib. O, Türkiyənin BMT-nin Kiprdədəki vasitəçilik səyləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri alqışlayıb. Həmçinin Ankaranın İsraillə Suriya arasında vasitəçilik təşəbbüslərini də yüksək qiymətləndirib. Irana gəlıdikdə prezident Obama İslam Respublikasına sülh mesajı ünvanladığını vurğulayıb. Onun sözlərinə görə dünya kfayət qədər nifrət və münaqişə görüb və orada əlavə yüksək dağıntı qabiliyyətinə malik silahların istehsalına yer yoxdur. İraqla həmsərhəd Türkiyənin bu istiqamətdə də müsbət rol oynamaq imkanlarını qeyd edən ABŞ rəsmisi İraqda baş verənlərin bütün regionda geniş təsir göstərdiyini vurğulayıb və Ankaranı regionda sülühn təmin edilməsi üçün Bağdadla əməkdaşlığını genişləndirməyə çağırıb. PKK-ya qarşı mübarizədə Amerikanın Türkiyə ilə ilə eyni mövqedən çıxış etdiyini bildiriən Obama Türkiyədə kürdlərin təhsil və başqa imkanlarına şərait yaradılmasının vacibliyini önə çəkib.

Türkiyənin Əfqanıstanda xidmət edən koalsiya qüvvələrinin mühüm hissəsi olduğunu bildirərək ABŞ lideri dini ekstremizə qarşı mübarizədə Tükiyənin səylərini müsbət dəyərləndirib.

“Birləşmiş Ştatlar İslamla müharibə aparmır. Əslində bizim müsəlman dünyası ilə əməkdaşlığımız bütün dinlərə məxsus insanların rədd etdiyi radikal ideologiyanın aradan qaldırılması üçün olduqca mühümdür.”

Amerikanın müsəlman dünyası ilə münasibətlərinin əsasında Əl Qadiyada qarşı mübarizə dayanmayacaq. Bir qarşılıqlı maraqlara və hörmətə əsaslanan təmas arayırıq. Biz diqqətlə qulaq asacağıq, anlaşılmazlıqları aradan qaldıracağıq və ümumi mövqe müəyyən etməyə çalışacağıq. Hətta razılaşmayanda da biz hörmətimizi saxlayacağıq. Və biz əsrlər boyunca məni vətənim də daxil olmaqla dünyanın yaxşıya doğru dəyişməsinə töhfə vermiş İslama ehtiramla yanaşacağıq. Birləşmiş Ştatlar müsəlman amerikalıların sayəsində zənginləşib. Və bir çox amerikalıların ailələlrində müsəlmanlar var və yaxud müəlsmanların oxluq təşkil etdiyi ölkədə yaşayib. Mən bunu bilirəm, çünki özüm onlardan biriyəm.”

Türkiyənin tarixi böyüklüyünü qeyd edən Obama sonda bu ölkənin Şərqlə Qərbi ayırmadığını, əksinə, onları bir araya gətirdiyini söyləyib. Barak Obama bu qabiliyyətin Türkiyə mədəniyyətinin gözəlliyindən, mədəniyyətinin zənginliyindən, və demokratiyasının qüdrətindən qaynaqlandığını bildirib.

XS
SM
MD
LG