Accessibility links

Fidel Kastro ABŞ-la dialoqa çağırır


Sabiq Kuba lideri Fidel Kastro deyir ki, xalqlar arasında dostluq və sülhə nail olmağın yeganə yolu dialoqdur.Cənab Kastro bazar günü İnternetdə yerləşdirdiyi yazıda ABŞ-la dialoqdan qorxmadığını və adanın qüdrətli qonşusu ilə qarşıdurmada maraqlı olmadığını bildirib. O, bu açıqlamanı ABŞ prezidenti Barak Obamanın kommunist ölkəyə səyahətlərə qoyulan qadağanı aradan qaldırmağa hazırlaşdığı haqda xəbərlər dolaşdığı vaxt verib.Cənab Kastro deyib ki, ABŞ-ın Kuba üzərinə qoyduğu 47 illik iqtisadi embarqo tam iflasa uğrayıb.
XS
SM
MD
LG