Accessibility links

Con Kerri gələn həftə Darfura səfər edəcək


ABŞ qanunvericisinin Vaşinqtonun Xartumla mümkün əməkdaşlıq niyyətinin göstəricisi olaraq, gələn həftə Sudanın münaqişəli Darfur regionuna səfər edəcəyi gözlənilir.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bu gün deyib ki, Senatın xarici əlaqələr komitəsinin sədri, demokrat Con Kerri gələn həftənin ortalarında Sudan rəsmiləri ilə görüşəcək.

Bu səfər barədə məlumat ABŞ-ın Sudan üzrə xüsusi elçisi Skott Qradionun regionda olduğu bir vaxt ortaya çıxıb.

Qradion bir ay əvvəl bu posta təyin olunmasından bəri ilk dəfə ötən həftə regiona səfər edərək, ABŞ-ın Sudanla dosluq və əməkdaşlığa əsaslanan münasibətlərə ümidini ifadə edib.

XS
SM
MD
LG