Accessibility links

Barak Obamanın Avropa səfəri Amerikanın siyasi və ictimai dairələrində yüksək qiymətləndirilir


ABŞ prezidenti Barak Obamanın Avropa səfəri Amerikanın siyasi və ictimai dairələrində yüksək qiymətləndirilir. Amerikanın səsinə müsahibəsi zamanı Amerikanın Proqres Mərkəzinin beynəlxalq hüquq və diplomatiya şöbəsinin rəhbəri Spenser Boyer Obamanın Türkiyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, Türkiyə Əfqanıstan müharibəsinin bağlanğıcından Amerikanın yaxın müttəfiqlərindəndir. Türkiyənin yüzlərlə əsgəri o ölkədə xidmət göstərir. Türkiyə bu illər boyu Əfqanıstana yardım səylərinin fəal iştirakçılarındandır. Bundan əlavə Türkiyə 50-ci illərdən bəri NATO-nun bütün missiyalarının tərkibində olub.

ABŞ-ın İranla münasibətlərinə gəldikdə Spenser Boyer burada da Türkiyənin rolunun əhəmiyyətini vurğulayıb. O deyib ki, Türkiyə İranı Amerikadan daha yaxşı tanıyır. İranla uzunmüddətli əlaqələrə malik olan Türkiyə də İranın nüvə silahları istehsal etməsində maraqlı deyil. Amerikanın Proqres Mərkəzinin beynəlxalq hüquq və diplomatiya şöbəsinin rəhbəri Spenser Boyer deyib ki, Türkiyə İranı nüvə silahlarının istehsalından çəkindirmək üçün öz qarşılqılı əlaqərini əsas götürə bilər.

Ermənilərin soyqımi məsələsindən danışarkən cənab Boyer prezidentin burada da normal mövqe nümayiş etdirdiyini deyib. O, ABŞ dövlət başçısının əvvəki mövqeyində qaldığını deməsi ilə yanaşı, genosid süzünü işlətməməsini Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə mane olmaq istəmədiyini deyib. Prezident bununla Türkiyə və Azərbaycanın Ermənistanla barışıq yolunda irəliləməsinin Amerikanın maraqlarına xidmət etdiyini göstərib. Cənab Boyer Türkiyənin geo-siyasi mövqeyinin Qərbin alternativ enerji mənbələri əldə etməsi üçün mühüm rol oynaya biləcəyini deyib.


XS
SM
MD
LG