Accessibility links

Əli Karasar: 'Azərbaycan Türkiyəyə prezidentlər səviyyəsində həssaslığını bildirməlidir'


Rəsmi məlumat olmasa da, Türkiyə ilə azərbaycan arasında sərhədlərin açılacağı barədə söz-söhbətlər Türkiyədə də reaksiyalara səbəb olub. Bilkent Universitetinin Beynəlxalq Əlaqələr Fakultəsinin doktoru, AVSAM-ım keçmiş ekperti Həsən Əli Karasarla Bulud Mehmandarlı söhbət aparıb.

Sual: Türkiyə dəfələrlə Ermənistanla sərhədlərin açılmasının danışıqlar masasında olmadığını irəli sürüb, ancaq Azərbaycanda bununla bağlı cox böyük narahatlıq var. Bu, nədən irəli gəlir? Türkiyə həqiqətləri olduğu kimi Azərbaycana bildirmirmi, yoxsa Bakı bundan başqa məqsədlərlə istifadəmi edir?

Cavab: Bu mövzudakı bütün görüşlər və hadisələr bağlı qapılar arxasında baş tutur. Bizim Türkiyədə bir şeydən qorxulur ki, hökumət ani bir qərar çıxaracaq və bu sərhədlər açılacaq. Bu təkcə Türkiyə-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək. Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımayan bir ölkədir. Belə bir ölkə ilə sərhədlərin açılması, münasibətlərin bərpası Türkiyə üçün də böyük bir xarici siyasət səhvi olardı.

Sual: Türkiyə hökuməti belə bir addımın atılmayacağını dediyi halda, nə üçün sərhədlərin açılmasını nəzərdə tutmalıdır.

Cavab: Belə hadisələr çoxdur. Misal üçün Türkiyə danimarkalı Rasmussenin NATO baş katibi seçilməsinə şərtlər qoyurdu, hətta etiraz edirdi. Ancaq yenə bağlı qapılar arxasında keçilən görüşlərdən sonra razılığa gəlindi. Türkiyə xarici siyasəti ilə bağlı ictimaiyyətə daha çox məlumat verməlidir. Bəzən hökumətlər dəfələr ola bilməz deyirlər amma hadisə baş tutandan sonra ictimaiyyət lobbilərin fəaliyyəti nəticəsində hökumətə təpkisini davam etdirə bilmir. Umid edirəm bu məsələdə anidən belə bir şey olmayacaq. Türkiyə Avropa Birliyinə girmək üçün bəzən sürətli addımlar atsa da, bunlar Ankaranın uzun zamanda həm özü həm də Azərbaycan kimi qardaş ölkələri ilə münasibətlərində çox dərin yaralar aça bilər.

Sual: Sözlərinizdən belə başa düşmək olar ki, Azərbaycandakı bu təpkilər gözlənilən idi.

Cavab: Azərbaycan bu məsələdə həssaslığını prezidentlər səviyyəsində bildirməlidir. Əks təqdirdə ictimaiyyətdə tərəflərin bağlı qapılar arxasında razışdığı ehtimal oluna bilər. Məncə bu doğru bir yol deyil.

XS
SM
MD
LG