Accessibility links

Çarlz Simonyini daşıyan Soyuz fəza gəmisi yerə endi


Rusiyanın ABŞ milyarderi Çarlz Simonyini daşıyan Soyuz fəza gəmisi yerə endi. Fəza gəmisi beynəlxalq fəza stansiyasını tərk etdikdən bir neçə saat sonra Qazaxıstana çatıb. Simonyi fəzada iki dəfə olan yeganə turistdir. Onun bu səhayət üçün ödədiyi məbləğ 35 milyon dollar təşkil edib. İlk dəfə 2007-ci ildə fəzaya səfəri ona 25 milyon dollara başa gəlmişdi. Milyarderi fəzaya Rusiya kosmonavtı Yuri Lonçakov və Amerika astronavtı Maykl Finke müşayiət etmişdi.

XS
SM
MD
LG