Accessibility links

Roksana Saberinin atası qızının azadlığa buraxılmasına çağırıb


İranda nəzarət altına alınan amerikalı jurnalist Roksana Saberinin atası İranı qızının azadlığa buraxılmasına çağırıb. Tehranda Associated Pressə müsahibə verən Reza Saberi deyib ki, qızı azad edilənədək İranı tərk etmək niyyətində deyil. İran rəsmiləri isə Roksana Saberinin asusluq ittihamı ilə gələn həftə məhkəmə qarşısına çıxarılacağını bəyan edib. Jurnalist iki aydan artıqdır ki, Tehranın Evin həbsxanasında saxlanılır. Saberi jurnalizm adı altında gizli məlumatları Amerikanın kəşfiyyat xidmətinə ötürməkdə günahlandırılır. Daha əvvəl o, ölkədə işləmək icazəsi olmadan qanunsuz çalışmaqda ittiham edilirdi. Amerikda anadan olan 31 yaşlı Roksana Saberi son 6 il ərzində müxtəlif qərb xəbər agentliklərinin müxbiri kimi fəaliyyət göstərirdi.

XS
SM
MD
LG