Accessibility links

Gürcüstanda Saakaşvilinin istefası tələbilə etiraz aksiyaları keçirilir




Gürcüstanda müxalifətin on minlərlə tərəfdarı paytaxt Tbilisi küçələrində prezident Mixail Saakaşvilinin istefası tələbilə etiraz aksiyası keçirirlər.

Prezidentin sabiq müttəfiqləri parlamentin qarşısında toplaşıblar.

Gürcüstanın BMT-dəki sabiq səfiki İrakli Alasania aksiyaya toplaşanları hakimiyyəti dinc yollarla dəyişdirməyə çağırıb.

Müxalifət hazırkı prezidenti ötən il Rusiya ilə faciəli müharibəyə başlamaqda və ölkəni avtoritarlaşdırmaqda ittiham edir.

Müxalifət rəsmilərinin dediyinə görə, polis bu günkü hökümət əleyhinə kütləvi nümayiş ərəfəsində onların tərəfdarlarını saxlayıb.

Onların dediyinə görə, aksiya ərəfəsində Rustavidə partiyalardan birinin 60-dan artıq tərəfdarı həbs olunub.

Polis isə bu iddiaları inkar edir. Daxili işlər naziri Vano Merabişvili deyib ki, hər hansı həyati təhlükə olmasa və hökümət binalarının mühasirəyə alınması halları baş verməsə, polis aksiyaya müdaxilə etməyəcək.

ABŞ Dövlət Departamenti zorakılqılara yol verilməməsinə çağıraraq, dinc nümayşləri demokratiyanın bir hissəsi adlandırıb.

XS
SM
MD
LG