Accessibility links

İraq partlayışında 5 Amerikalı həlak olub


ABŞ hərbçiləri xəbər verir ki, şimali İraqda bomba ilə dolu yük maşınının partlaması nəticəsində 5 Amerika əsgəri və 2 İraqlı polis həlak olub. Cümə günü baş verən hücum son aylarda ən iri Amerika təlafatına səbəb olub. İraq polisi bildirir ki, intiharçının içərisində bomba yerləşdirilmiş yük maşını ilə Mosul şəhərindəki polis məntəqəsinə hücum etməsi nəticəsində azı bir nəfər həlak olub, iyirmi nəfər isə yaralanıb. Polis rəsmisi deyir ki, xəsarət alanların çoxu polisidir. Əl-Qaidanın fəal olduğu Mosulda zorakılıqlar davam edir.
XS
SM
MD
LG