Accessibility links

Ərəb ölkələri Yaxın Şərq sülh prosesində vahid platformanı müzakirə edir


Beş ərəb ölkəsinin xarici işlər naziri və Fələstin Muxtariyyətinin nümayəndəsi Yaxın Şərq sülh prosesində ərəb dövlətləri arasında birliyin yaradılması məqsədilə görüş keçirib. Əmmanda keçirilən görüşdə Misir, Livan, Qətər və Səudiyyə Ərəbistanın nümayəndələri, habelə Ərəb Liqasının katibi Amr Musa iştirak ediblər.

İordaniyanın Xarici İşlər naziri Naser Cude deyib ki, görüşün məqsədi ərəb dövlətlərinin İsrail-Fələstin münaqişəsinin iki dövlətin mövcudluğu prinsipi əsasında həllinə sadiqliyini vurğulamaqdan ibarət olub.

Rəsmilər habelə görüş zamanı Səudiyyə Ərəbistanının 2002-ci ildə ərəb-İsrail sülh təşəbbüsünə də dəstəklədiklərini bildiriblər. Plan 1967-ci ildə altı günlük müharibə zamanı işğal edilmiş torpaqlardan çıxmaq müqabilində İsraillə münasibətlərin normallaşmasına çağırır.

XS
SM
MD
LG