Accessibility links

Əli Laricani: Dünya ölkələrinin İranı nüvə texnologiyaları əldə etməkdən çəkindirməsinin heç bir əsası yoxdur


İran parlamentinin spikeri Əli Laricani deyib ki, dünyanın qüdrətli dövlətlərinin onun ölkəsini nüvə texnologiyası inkişaf etdirməkdən çəkindirməsinə heç bir əsası yoxdur. Əli Laricaninin bildirdiyinə görə, gələcəkdə altı ölkənin iştirakı ilə baş tutacaq danışıqlar İranın Nüvə Silahlarının Yayılmaması Haqda Müqaviləni imzalamış ölkə kimi hüquqları əsasında aparılmalıdır.Tehran müqaviləyə əsasən nüvə elektrik stansiyaları üçün yanacaq əldə etmək məqsədilə uran zənginləşdirilməsi hüququna malik olduğunu bəyan edir.

BMT Təhlükəsizlik Şurası İranın uran zənginləşdirilməsi proqramına son qoymasını tələb edib.Vaşinqton və onun müttəfiqləri bundan nüvə silahları üçün istifadə edilə biləcəyindən ehtiyat edir.

XS
SM
MD
LG