Accessibility links

İraqda koalisiya qüvvələrinin bir əsgəri həlak olub


ABŞ hərbi qüvvələri İrqda Səlahəddin vilayətində baş vermiş partlayış zamanı bir Amerika əsgərinin həlak olduğunu bildiriblər.Hərbi qüvvələrin bəyanatında deyilir ki, əsgər aldığı yaralardan ölüb. Əsgərin adının açıqlanması yaxın qohumlarına xəbər verilənədək saxlanılır.

İraq polisi şənbə günü Bağdadda cənubda ABŞ-la müttəfiq olmuş sünni milis üzvlərini hədəf alan intihar hücumu nəticəsində doqquz adamın öldüyünü, 30 nəfərinsə yaralandığını bildirib. İraqda bu son günlər hücumlar zamanı onlarla insanın həlak olduğu bildirilir.

XS
SM
MD
LG