Accessibility links

Obamaların iti Ağ Evə gətirilir


ABŞ prezidenti Barak Obama seçki kampaniyası zamanı qızları Saşa və Maliyaya it alacağı haqda verdiyi sözə əməl edir. Vaşinqton Post qəzetinin verdiyi məlumata görə, Ağ Evə gətirələcək it senator Edvard Kennedi tərəfindən Obamalara hədiyyə edilib. Senatorun özünün Porti cinsinə mənsub üç iti var. Qəzet yazır ki, it hələ Ağ Evə gətirilməyib, lakin Obama ailəsi artıq onu görüb. Qızlar itə Bo adı veriblər. Bo Ağ Evdə debütünü çərşənbə axşamı günü edəcək.

XS
SM
MD
LG