Accessibility links

Gürcüstan müxalifəti daha geniş aksiyalar vəd edib


Gürcüstan müxalifəti prezident Mixail Saakaşviliyə qarşı davam edən küçə nümayişlərini Tbilisidə hökumətin nəzarətində olan tele-radio şirkətinin qarşısında çadırların quraşdırılması ilə genişləndirməyə söz verib. Bu gün parlament binası qarşısında 6 gündür davam edən əsas yürüş zamanı müxalifət liderləri nitq söyləyib. Nümayişçilər prezident iqamətgahının qarşısında da çadırlar qurub. Dövlət televiziyasını etiraz aksiyalarına məhəl qoymamaqda ittiham edən yürüş iştirakçıları prezident Saakaşvili istefa verənə kimi nümayişləri davam etdirəcəklərini bildiriblər. Minlərlə müxalifət tərəfdarı keçən həftədən bəri etiraz aksiyası keçirir. Tənqidçilər prezidenti Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya regionları ilə bağlı düzgün siyasət yürütməməkdə və keçən ilin avqust ayında Rusiya ilə müharibəyə gətirib çıxarmaqda ittiham edir.
XS
SM
MD
LG