Ukrayna prezidenti Viktor Yuşçenko bildirib ki, bu ilin axırında keçiriləcək prezident seçkilərində yenidən seçilmək üçün namizədliyini irəli sürəcək. Son zamanlar nüfuzunu itirən prezident Yuşçenko Rusiyanın "Kommersant" qəzetinə deyib ki, milyonlarla ukraynalı onun dəyərləri ilə paylaşır. O, həmçinin bildirib ki, parlament və prezident seçkiləri eyni vaxtda keçirilərsə, o, prezident və parlamentə seçilmək üçün namizədliyini irəli sürəcək. Bu ayın əvvəllərində parlament oktyabrın 25-də prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edib.