Accessibility links

Hindistanda parlament seçkiləri keçirilir


Hindistanda milyonlarla insan dünyada ən böyük parlament seçkilərinin beş mərhələsindən birincisində səs verib. Ölkənin 15 ştatı və iki ərazisində səsvermə zamanı vəziyyəti iki milyondan artıq əsgər izləyir.

Milli Seçki Komissiyasının sədrinin müavini Balakrişman deyib ki, 86 səsvermə məntəqəsində zorakılıqlar qeydə alınıb. Maoşu üsyançıların ölkənin şərqində Carkənd, Bihar və Orissa ştatlarında həyata keçirdiyi hücumlar nəticəsində təhlükəsizlik və seçki işçiləri daxil olmaqla, 19 adam ölüb. Hindistanın 543 yerli parlamentində namizədlərin seçilməsi üçün səsvermədə ölkənin 700 milyon əhalisi iştirak edir.


XS
SM
MD
LG