Accessibility links

Rusiya və Azərbaycan prezidentləri enerji və Dağlıq Qarabağ problemini müzakirə ediblər


Rusiya prezidenti Dmitri Medvedev və onun azərbaycanlı həmkarı İlham Əliyev eneji və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün görüş keçiriblər. Prezident Medvedev Azərbaycan liderini Moksva kənarında Barvixada igamətgahında qəbul edib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya prezidenti iki ölkə arasında iqtisadi münasibətlərdən razılığını bildirib. O deyib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi keçən il 40 faiz artıb. Prezident Medvedev həmçinin Rusiyanın Azərbaycandan təbii qaz ehtiyatları almasına dair razılığın əldə ediləcəyinə dair nikbinliyini ifadə edib. Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanə dost, qonşu və strateji tərəfdaş adlandırıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı ortaq mövqeyin əldə edilməsi çətindir, lakin bu istiqamətdə inkişaf var. Prezident Əliyev beynəlxalq qanunlara hörmət edilməsinin vacibliyini vurğulayıb. Rusiya prezidenti, deyib ki çıxış yolunun tapılması mümkündür və Azərbaycanla Ermənistan arasında müntəzəm görüşlərin keçirilməsini tövsiyə edib.

XS
SM
MD
LG