Accessibility links

Barak Obama bu gün Trinidad və Tobaqoda Amerika sammitində iştirak edir


ABŞ prezidenti Barak Obama bu gün Trinidad və Tobaqoda Amerika sammitində iştirak edir. Barak Obama Qərb yarımkürəsi ölkələrinin tərəfdaşlığının dərinləşdirilməsinə çağırır. Bu gün ABŞ dövlət başçısı Cənubi Amerika Ölkələri Birliyinin üzvləri ilə görüşür və üç əsas toplantıda iştirak edir.

Dünən sammitin açılış mərasimində Obama ABŞ-la Kuba arasında yeni əlaqələrin başlanğıcına çağırıb. Kuba prezidenti Raul Kastro Havananın Vaşinqtonla dialoqa hazır olduğunu bəyan edib. Barak Obama Amerikanın uzunmüddətli düşməni, Venesuela prezidenti Uqo Çavesin əlini sıxıb.

XS
SM
MD
LG