Türkiyə dəvlət mətbuatının bildirdiyinə görə,
məhkəmə 51 nəfəri Kürdüstan Fəhlə Partiyası kimi tanınan PKK-nə dəstəkləməkdə
ittiham edib. Anadolu xəbər agentliyi bildirir ki, bu gün ittiham olunanlar
arasında kürdyönümlü Demokratik Cəmiyyət Partiyasının üzvləri də var.
Şübhəlilər bu həftənin əvvəli PKK ilə
əlaqədə olan qruplara reyd keçirilən zaman saxlanılıb. İki əsas reyd zamanı
Demokratik Cəmiyyət Partiyasının ali rəsmiləri də daxil olmaqla 100-dən çox
adam nəzarət altına alınıb. Hökumət Partiyasının son seçkilərlə qələbə qazanan
bəzi üzvlərinə qarşı iddia qaldırıb. PKK ilə əlaqədə ittiham olunan partiya
üzvləri iddiaları rədd edir.